Gündəm Özəl

“Fələstin məsələsində Azərbaycanın mövqeyi bəllidir” — AÇIQLAMA

“Fələstin məsələsində Azərbaycanın mövqeyi bəllidir” — AÇIQLAMA

Azərbaycanla İsrail arasında siyasi münasibətlər Qəzza müharibəsindən sonra Türkiyə xəttinə keçib. Hətta iyunun 8-də Qahirədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında açıq şəkildə Qəzzada faciə olduğunu qeyd etdi. Dövlət başçısı bəyanatında Fələstin-İsrail münasibətlərinin tənzimlənməsini və müstəqil Fələstin Dövlətinin yaradılmasını vacib saydı. Bəs, Azərbaycanın bəyanatından sonra İsrail ilə münasibətlərdə hər hansı bir dəyişiklik yaşandı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsində BMT qətnaməsinə uyğun olaraq hərəkət edir.

Politoloq qeyd edib ki, artıq Azərbaycan İsrail ilə bağlı siyasətində Türkiyə xəttinə keçib:

“İsrail və HƏMAS arasında oktyabrın 7-dən başlayan müharibə Qəzzanın yer üzündən silinməsi ilə nəticələnir. İsrail Qəzzada humanitar fəlakətə yol açıq və misli görünməmiş dağıntılara səbəb olub. İsrail bu əməliyyata başlayanda hesab edirdi ki, HƏMAS-ı Qəzza zolağından çıxaracaq. Amma göründüyü kimi, HƏMAS hələ də yerindədi. Yəni İsrailin əsgəri qüvvəsi, hərbi gücü HƏMAS-a qarşı həyata keçirtdiyi hərbi əməliyyatlarda yetərli olmadığını göstərdi. Sadəcə olaraq, Qəzza zolağında mülki infrastruktur məhv edildi və insanlar fəlakət ilə qarşılaşdı.

HƏMAS İsrailə atəşkəs ilə bağlı müraciət edib, amma İsrailin baş naziri BenyaminNetanyahu bu atəşkəsi qəbul etmir. Türkiyə başda olmaqla, İsrailin hücumlarına dur deyən dövlətlərin sayı artıb. Artıq Fələstin dövlətinin tanınması istiqamətində də bir çox ölkələr qərarlar verib. Fələstin məsləsində Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan da artıq müstəqil Fələstin dövlətinin BMT-də tanınması istiqamətində qətnamələri dəstəkləyir. Cənab Prezident Qahirədə Qəzzada humanitar böhranı və İsrailin hücumlarını qınadı. Müstəqil Fələstin dövlətinin yaradılmasını və bu istiqamətdə iki dövlət prinsipini dəstəklədiyini bildirdi.

Azərbaycanın öz siyasi xətti var. Bu əlbəttə ki, Türkiyə ilə koordinasiyalıdır. Azərbaycanın hərbi müttəfiqi Türkiyə və Pakistandır. Azərbaycanda Fələstinin səfirliyi var. Azərbaycan humanitar yardımlar da edir. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə ərəb dünyası, müsəlman dövlətlərinin də artıq dəstəyini alır. Artıq İsrail-Fələstin münaqişəsi həll olunmalıdır. Düzdü, yəhudi lobbisi ABŞ-ın qərarına təsir edir. Lakin Fələstin dövlətinin tanınması həyata keçirilməlidir”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova