Sosial

İtkin düşən 18 yaşlı qız tapılıb

İtkin düşən 18 yaşlı qız tapılıb

Şəkidəitkin düşən18 yaşlı qız tapılıb.

Bu barədəDemokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşən şəxs tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.

NE
Nihadə Eyyubova