Gündəm

"Müxalifətin mərkəzdəki aksiyasına razılıq verilməsi hakimiyyətin ciddi islahatlarda qərarlı olduğunu göstərir"

Müxalifətin mərkəzdəki aksiyasına razılıq verilməsi hakimiyyətin ciddi islahatlarda qərarlı olduğunu göstərir

"4 aylıq fasilədən sonra Azərbaycan Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş və bu görüş ərəfəsində verilən mesajlar, həmin gün baş verən hadislər artıq təhlil üçün ilkin nəticələri ortaya qoyub. Birincisi, Əliyev “Qarabağ Azərbaycanın ərazisidir və nida işarəsi!” bəyanatıyla göstərdi ki, o, vədinə sadiqdir, səbrlə susub gözləməsinə baxmayaraq, Qarabağ məsələsində tutduğu mövqedən geri çəkilməyib və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq istənilən həll modelini qəbul etməyəcək...".

Demokrat.az xəbər verir ki, tanınınmış araşdırmaçı-jurnalist Elxan Şükürlü bildirib.

Jurnalistin sözlərinə görə, sözügedən görüş öncəsi Sergey Lavrovun “Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı münaqişənin həllinə kömək etmir” fikri də təsdiqləyir ki, son bir neçə aydakı provakativ açıqlama və hərəkətlərlə münaqişə zonasında məqsədli gərgnlik yaratmaq və sülh danışıqlarını pozmaq mövqeyindən yalnız və yalnız Paşinyan hökuməti çıxış edir:

"Deməli, qarşıdakı aylarda Paşinyan hökumətinin Rusiya tərəfindən daha çox və açıq basqıya məruz qalacağını gözləyə bilərik.

İkincisi, Əliyev-Putin görüşündən dərhal sonra Azərbaycan hökumətinin Qərbyönümlü müxalifətin şəhərin mərkəzində etiraz aksiyası keçirmək istəyinə razılıq verdiyini açıqlaması hakimiyyətin ciddi siyasi islahatlarda qərarlı olduğunu göstərir. Bu isə o deməkdir ki, Əliyev aparacağı siyasi islahatların Rusiya tərəfdən hər hansı müdaxiləylə sabotaj olunmayacağına artıq əminlik əldə edib...".

Demokrat.az

D
demokrat.az