Kreml ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə Putini bir-biri ilə qarışdırması ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, Kremlin bəyanatında Baydenin kobud səhvi ilə bağlı “Putin ilə Zelenskini qarışdırdığını bütün dünya kimi biz də gördük” ifadələri yer alıb.
Ad qarışıqlığının açıq şəkildə dil sürüşməsi olduğu ifadə edilən açıqlamada bu cümlələrə yer verilib:
"Baydenin dil sürüşmələri ABŞ-da böyük əks-səda doğurdu. Bu, ABŞ-ın məsələsidir, qoy Amerikalı seçicilər namizədlər arasında qərar versinlər"
Bəyanatda, həmçinin, Baydenin Putinlə bağlı fikirlərinin qəbuledilməz və hörmətsizlik olduğu, “ABŞ prezidentinə heç yaraşmadığı” da qeyd olunub.
Əfsanə Rəcəb Demokrat.az


