Dünya Özəl

Tramp onu Harrislə qarışdıran Baydeni ələ saldı: "Əla işdir, Co!"

Tramp onu Harrislə qarışdıran Baydeni ələ saldı: Əla işdir, Co!

ABŞ prezidenti Co Bayden NATO Sammitində çıxışı zamanı keçmiş prezident Donald Tramp ilə müavini Kamala Harrisi bir-biri ilə qarşırdırıb.

Demokrat.az xəbər verir ki, fürsətdən istifadə edən Tramp X sosial media platformasındakı paylaşımında "Əla işdir, Co!" deyərək Baydeni ələ salıb.

Mətbuat konfransından sonra Bayden, Harris ilə Tramp arasındakı fərqi bildiyini göstərmək üçün rəsmi X hesabında "Biri prokuror, digəri isə cinayətkardır" paylaşımını edib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova