İranın cənubunda zəlzələ baş verib.
Demokrat.azxəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 207 min nəfər əhalisi olan Sircan şəhərindən 130 km şimal-şərqdə yerləşib. 4,5 bal gücündə qeydə alınanəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.


