Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Qaluzin bildirib ki, Kanada nümayəndələrinin Ermənistandakı Aİ missiyasında de-fakto görünməsi NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir.
Demokrat.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistanın razılığı ilə Aİ missiyasının Cənubi Qafqazda daimi ola biləcəyindən də narahatdır.
Eyni zamanda, bu, qərblilərin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatı topladığını düşünməyə də əsas var.
Şahanə Xankişiyeva Demokrat.az


