Dünya Özəl

Üzərkən yoxa çıxan turist 36 saat sonra tapıldı

Üzərkən yoxa çıxan turist 36 saat sonra tapıldı

Dəniz halqası ilə üzərkən cərəyanda yoxa çıxan çinli turist 36 saat sonra 80 kilometr aralıda halsız və susuz vəziyyətdə tapılaraq xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə Qüvvələrindən (JCG) açıqlama verib. Açıqlamada, bazar ertəsi yerli vaxtla saat 19.30 radələrində Şizuoka əyalətindəki Şirahama Ohama çimərliyində bir nəfərin çimərkən itkin düşdüyü, qrupların hava və dəniz yolu ilə axtarışlara başladığı bildirilib.

Bildirilib ki, vertolyotla xilas edilən 21 yaşlı turistin susuz qaldığı, lakin səhhətinin yaxşı olduğu açıqlanıb.

Hadisədən sonra Çinin Yaponiyadakı səfirliyi ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib və dəniz qəzalarına qarşı diqqətli olmağa çağırıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova