Vəkillər Kollegiyasının (VK) Aparatında yeni şöbə yaradılıb.
Demokrat.az-ın məlumatına görə, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub.
Qərara əsasən, VK Aparatında Qəbul şöbəsi yaradılıb. Həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.
Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı elektron sistemin təqdimatı olub.
Demokrat.az-ın məlumatına görə, iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər. Vəkillər Kollegiyasında peşə hazırlığı və davamlı tədrisin təşkili ilə bağlı Fəaliyyət Planı təsdiqləndi
Vəkillər Kollegiyasında (VK) peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planı təsdiq edilib.
məlumatına görə, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub.
Bildirilib ki, cari ilin avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.


