Antalyada həvəskar balıqçılar okeanda yaşayan "Kral balığı" kimi tanınan “Acanthocybium solandri” balığını tutublar və onu palamutla səhv salaraq dostlarına hədiyyə ediblər.
Demokrat.az xəbər verir ki, balıqçılar həmin anları mobil telefon kameraları ilə lentə alıblar.
Balığı tutan Ersin Karakaş canlının Türkiyədə ilk dəfə görüldüyünü öyrənincə çox təəccüblənib və "Türkiyədə ilk dəfə görülən balığı dostumuz yedi" deyib.
Əfsanə Rəcəb Demokrat.az


