Gündəm Özəl

“Cəzaçəkmə müəssisələrində seçkiyə hazırlıq işləri başlayıb” — Məntəqələr yaradılır

“Cəzaçəkmə müəssisələrində seçkiyə hazırlıq işləri başlayıb” — Məntəqələr yaradılır

“Seçki Məcəlləsinin tələblərinə görə cəzaçəkmə müəssisələrində də seçki məntəqələri yaradılır. Hər zaman cəzaçəkmə müəssisələrində seçkilər yüksək səviyyədə keçirilib. Qapalı müəssisələr olmasına baxmayaraq seçki prosesinin şəffaf, azad və ədalətli olmasını nəzərə alaraq əvvəlcədən Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında akkreditasiya olunmaqla həmin məntəqlərdə seçkini müşahidə etmək imkanı yaradılır”.

Bunu Demokrat.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə məhkumların hüquq və azadlıqlarının təminatına dəstək layihəsi keçirilir:

“Cəzaçəkmə müəssisələrində seçkiyə hazırlıq işləri başlayıb. Cəzaçəkmə müəssisəsi zəruri məlumatları müvafiq seçki administrasiyasından alır. Məhkumlar seçkilərlə bağlı məlumatlandırılır, onların seçki prosesində iştirakının təməl hüquqlarından olduğu diqqətə çatdırılır. Düşünürəm ki, bu dəfə də cəzaçəkmə müəssisələrində seçici fəallığı yüksək olacaq. Bu istiqamətdə təbliğat və təşviqat aparılır. Dairələrdən namizədliyi qeydə alınmış şəxslər də əvvəlcədən məlumat verməklə cəzaçəkmə müəssisələrində məhkumlarla görüşə bilərlər”.

Bu gün cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının təmin olunması istiqamətində zəruri işlər görülür. Onların yaşam şəraiti, sağlamlıq imkanlarının yaxşılaşdırılması üçün addımlar atılır. Sentyabrdakı seçkilərdə iştirak etmək üçün də məhkumlar qarşısında heç bir məhdudiyyət yoxdur. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən də lazımi işlər uğurla həyata keçirilməkdədir. Hesab edirəm ki, cəzaçəkmə müəssisələrində tam şəffaf seçki mühitinin yaradıldığının şahidi olacağıq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova