Türkiyəli jurnalistlər canlı efirdə dava ediblər.
Demokrat.azxəbər verir ki, "Cansu Canan Özgen ile Özgür İfade" verilişinə qatılan jurnalistlər Şaban Sevinç və Buket Aydının fikirləri üst-üstə düşməyib. 
Buket "Bu adam çox hörmətsiz və ədalətsiz bir insandır. Mən bu verilişi tərk edirəm. Mən bu qədər aşağı, aşağı səviyyəli adamla yayıma davam etməyəcəyəm. Həddinizi bilmirsiniz, Şaban Sevinç" deyərək efiri tərk edib. Daha sonra Şaban Sevinç Buket Aydından üzr istəyib.
"Sözlərimlə bağlı yanlış anlaşılma oldu. Üzr istəyirəm" - deyərək, o, bildirib.


