Gündəm

"Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı ermənilər arasında çaxnaşma yaradıb" — Deputat

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı ermənilər arasında çaxnaşma yaradıb — Deputat

"Səfir Azər Xudiyev Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasəti yüksək səviyyədə Ukraynada diqqətə çatdıra bilir"

"Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenkonun ölkə vətəndaşlarına Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin yolverilməzliyi tələbi ilə müraciət etməsi böyük siyasəti əhəmiyyətə malik addımdır. Bu həm də Azərbaycan-Ukrayna münasibətlərinin yüksək inkişafından xəbər verir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Rüfət Quliyev bildirib.

Deputat deyib ki, dünyanın yazılmamış qanunları mövcuddur:

"Onlardan biri də ətrafdakı ölkələrin güclüyə hörmət etməsi ilə bağlıdır. Bu gün Azərbaycan həm güclü dövlətdir, həm də beynəlxalıq hüququn tələblərinə hörmətlə yanaşır".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu və praqmatik siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu hər gün daha da artır:

"Bu siyasətin arxasında Azərbaycanın milli maraqları dayanır və beynəlxalq qanunlarla vəhdəd təşkil edir. Yəni, biz bütün beynəlxalq qanunlara hörmətlə yanaşırıq.

Eyni zamanda Azərbaycanın Ukrayna və digər xarici dövlətlərə arasında yaranan bu cür yüysək əməkdaşlığın əldə olunmasında Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın da böyük rolu var. Bu gün Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında Mehriban Əliyevanın fəaliyyəti ən yüksək səviyyədə xalqımız tərəfindən qiymətləndirilir".

R.Quliyev qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə yaxşı əməkdaşlıq əlaqələri mövcuddur:

"Bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsindəAzərbaycan həqiqətləri dünyada, o cümlədən Ukraynada ən yüksək səviyyədə diqqətə çatdırıla bilir. Bunun bariz nümunəsi kimi Ukrayna Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin yolverilməzliyi tələbi ilə müraciət etməsi qərarını qeyd etmək lazımdır. Bu bəyanat ermənilər arasında çaxnaşma yaradıb. Əslində, Ukrayna dövləti və xalqı da ermənilərin məkrli olduğunu yaxşı bilirlər. Çünki ermənilər Krımın müstəqilliyini dəstəkləyirlər. Azərbaycan isə bu məsələdə sonadək Ukraynanın yanında oldu. İndi bütün bunların nəticəsi olaraq Ukrayna hökuməti işğalçı Ermənistana qarşı belə bir bəyanat verib".

Zaur Hacılı Demokrat.az

D
demokrat.az