Dünya Özəl

ABŞ-da havaya qalxarkən təkəri düşən sərnişin təyyarəsi təcili eniş etdi

ABŞ-da havaya qalxarkən təkəri düşən sərnişin təyyarəsi təcili eniş etdi

ABŞ-da "United Airlines"a məxsus “Boeing 757-200” təyyarəsi Los-Ancelesdən havaya qalxarkən təkərinin yerə düşməsi nəticəsində böyük təhlükə yaranıb.

Demokrat.az xəbər verir ki, təyyarə təcili eniş etməli olub.

Hadisə zamanı təyyarədə 174 sərnişin və 7 ekipaj üzvünün səhhətinin yaxşı olduğu bildirilib.

United Airlines hadisə ilə bağlı ətraflı araşdırmaya başlayıb.

Sərnişinlər havaya qalxma zamanı heç bir problem hiss etmədiklərini bildirsələr də, uçuş zamanı pilot qəfil təcili eniş elan edib və təyyarədə çaxnaşma yaranıb.

Bu vəziyyət ABŞ-da Boeing-in təhlükəsizliklə bağlı narahatlıqlarını bir daha gündəmə gətirib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova