Gündəm Özəl

“Mənə etimad göstərilsə, seçkilərdə yenə iştirak edəcəm” — Şeyxin qardaşı

“Mənə etimad göstərilsə, seçkilərdə yenə iştirak edəcəm” — Şeyxin qardaşı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Keçiriləcək seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.

Maraqlıdır, bəs qarşıdan gələn növbədənkənar parlament seçkilərində deputat Cavanşir Paşazadə namizədliyini irəli sürəcək?

Bu barədə Demokrat.az-a danışan Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadəbildirib ki, əgər yenidən ona etimad göstərilərsə, seçkilərdə iştirak edəcək:

“Yeni Azərbaycan Partiyasının rəhbəri Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən namizədlər irəli sürülüb. Əgər Yeni Azərbaycan Partiyası rəhbərliyi tərəfindən mənim namizədliyim irəli sürüləcəksə və cəmiyyətin, seçicilərin səsini ala bilərəmsə, yenidən seçkilərdə iştirak edəcəm. Hələlik isə elə bir şey yoxdu”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova