Yay aylarında ağcaqanadlar hər kəs üçün problem ola bilər. Ağcaqanadlarla mübarizə xüsusən də açıq havada olduğunuz zaman düşündüyünüzdən qat-qat çətindir.
Araşdırmalara görə, müəyyən qidaları müntəzəm qəbul edən insanları ağcaqanad sancmır.
Demokrat.azMedicina.az-a istinadən həmin qidaları təqdim edir:
- C vitamini mənbələri: sitrus meyvələri, çiyələk, kivi, bolqar bibəri və s. - Çoxlu su - Tərkibində sink olan qidalar: yağsız ət, quş əti, paxlalılar, çərəzlər, toxumlar. - Omeqa-3 yağ turşusu ehtiva edən qidalar: yağlı balıqlar (somon, skumbriya, sardina), kətan toxumu, qoz və s. - Antioksidantlarla zəngin qidalar: üzüm, ispanaq, kələm, brokoli və s. - Sarımsaq - Sarıkök - D vitamini mənbələri: zənginləşdirilmiş süd məhsulları və yumurta sarısı, bəzi göbələk növləri. - B vitamini qaynağı olan qidalar: bütöv taxıllar, yaşıl yarpaqlı göyərtilər, lobya, ət və s.


