Dünya Özəl

Bayden namizədlikdən geri çəkilməyi düşünür

Bayden namizədlikdən geri çəkilməyi düşünür

ABŞ prezidenti Co Baydenin keçən həftə rəqibi Donald Trampa qarşı ilk debatda sərgilədiyi yöndəmsiz, qeyri-ardıcıl və mübahisəli çıxışı Demokrat Partiyası daxilində onun ikinci dönəm üçün kifayət qədər uyğun olmadığına dair ciddi narahatlıqlara səbəb olub.

Demokrat.az xəbər verir ki, ABŞ-ın New York Times qəzetində paylaşılan xəbərə görə, Bayden müttəfiqinə yarışı davam etdirib-etdirməməyi düşündüyünü deyib.

Əldə olunan mənbələrə əsasən, Bayden yenidən seçki kampaniyasını davam etdirməmək qərarına gələrsə, yerinə seçiləcək ən yaxşı alternativ vitse-prezident Kamala Harrisdir.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova