Sosial

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Demokrat.azxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanın keçirilməsi üçün altı bina, 14 imtahan rəhbəri, altı ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın iki-üç gün ərzində elan olunacaq.

NE
Nihadə Eyyubova