Müğənni Xatun Əliyeva bir müddətverilişlərə çıxmayacaq.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi"Xəzər axşamı" verilişində danışıb:
"Məhərrəmliyə görə iyun ayı üçüntədbirlər çoxdur. Bəzi planlarım da var, onları həyata keçirəcəyəm. Yaradıcılığım üçün işlər görməliyəm".
Sənətçi 4 aylıq nəvəsi Adeldən də danışıb:
"Uşağın adını oğlum Adil qoydu. Adel onun ən sevdiyi müğənnidir.Mənimyox, onun adını seçdi. Həmişə də deyir ki, Adel kimi geyin. Allahıma şükür edirəm, kimlər arzusundadırsa, hamıya nəsib olsun".


