İraqın şimalındakı Metina və Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizə tədbirlərini davam etdirir:
“Son əməliyyatlarda, İraqın şimalındakı Metina bölgəsində 2, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK terrorçusunu zərərsizləşdirib. Bölgədə və digər ərazilərdə terror və terrorçulara qarşı mübarizə davam edir”.
Aysu Demokrat.az


