Gündəm

Deputatlıq vəsiqəsini girov qoyan Rafael Cəbrayılov Milli Məclisin iclasına qatılmadı — İSTEFA VERİB?

Deputatlıq vəsiqəsini girov qoyan Rafael Cəbrayılov Milli Məclisin iclasına qatılmadı — İSTEFA VERİB?

Adı borc və deputatlıq vəsiqəsinin girov qoyulması qalmaqalında hallanan millət vəkili Rafael Cəbrayılov Milli Məclisin payız sessiyasının bu gün öz işinə başlayan ilk plenar toplantısının səhər iclasına qatılmayıb.

Demokrat.az xəbər verir ki, sözügedən borc qalmaqalından sonra Rafael Cəbrayılovun deputatlıq səlahiyyətinin ləğv olunacağı yönündə fikirlər və çağırışlar səslənir.

Bir çox deputatlar, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkilləri Rafael Cəbrayılovu istefa verməyə səsləyib. Bu səbəbdən də, millət vəkilinin özünün könüllü şəkildə istefa verəcəyi gözlənilirdi. Deputatın bugünki iclasa qatılmaması isə bu ehtimalı daha da gücləndirmiş oldu.(Etikxeber.az)

D
demokrat.az