Dünya Özəl

Saç əkimi əməliyyatında həyatını itirdi

Saç əkimi əməliyyatında həyatını itirdi

Türkiyədə saç əkdirmək üçün xəstəxanaya gedən şəxs dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib.

Suriya əsilli 46 yaşlı kişi saç əkimi üçün özəl xəstəxanalardan birinə müraciət edib.

Xəstəxanada əməliyyat olunan şəxs bir müddət sonra dünyasını dəyişib.

Qaziantep Respublika Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova