Maraqlı Özəl

Günəş kremlərindən necə istifadə edilməlidir?

Günəş kremlərindən necə istifadə edilməlidir?

Dəri xərçənginin ən ölümcül növü olan melanoma hallarının 80 faizindən çoxu günəş yanığından qaynaqlanır və bu rəqəm hər il artır. Dünyada hər il təxminən 1,5 milyon yeni dəri xərçəngi hadisəsi baş verir və bunun 2040-cı ilə qədər 50 faiz artacağı gözlənilir. Bəs günəşdən qoruyucu vasitələrdən necə istifadə edilməlidir?

Demokrat.az xəbər verir ki, bu barədə “BBC” araşdırma aparıb.

Araşdırmaya görə, günəş kreminin təsirini göstərməsi üçün təxminən 10 dəqiqə vaxt lazımdır.

Bununla belə, mütəxəssislər ümumiyyətlə günəşə çıxmadan 20-30 dəqiqə əvvəl günəşdən qoruyucu vasitə sürtməyi məsləhət görürlər. Çünki qoruyucu vasitə dəriyə tamamilə hopmalıdır.

İnsanların çoxu günəş kremindən kifayət qədər istifadə etmir. Bu baxımdan kremi ikiqat tətbiq etmək daha təsirli ola bilər.

Alimlər həmçinin tərlədikdən və suya girdikdən sonra günəşdən qoruyucu kremi yenidən tətbiq etməyi tövsiyə edirlər.

Günəş kremini nəmləndirici kimi digər dəri məhsulları ilə qarışdırmamaq da vacibdir.

Bunun səbəbi qoruyucu vasitələrdə olan sink oksid kimi nanohissəciklərin digər maddələrlə reaksiyaya girdikdə daha az təsirli olmasıdır.

Bundan əlavə, aprel və sentyabr ayları arasında hər gün günəş kremi istifadə etmək tövsiyə olunur.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova