Yəmən sahillərində qayığın aşması nəticəsində ən azı 38 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, 250 nəfərin olduğu qayığın aşmasına səbəb güclü külək olub.
Hazırda, itkin düşmüş 100-ə yaxın adamın axtarışları davam edir.
Gəmidə olanlar əsasən Efiopiyadan olan və Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edən miqrantlardır.
Aysu Demokrat.az


