Dünya Özəl

Ev pişiklərinin mikroçiplənməsi məcburi olacaq

Ev pişiklərinin mikroçiplənməsi məcburi olacaq

Böyük Britaniyada ev pişiklərinin mikroçiplənməsi məcburi hala çevrilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda, yeni qanunvericiliyə uyğun olaraq, sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları bildirilib.

Bundan əlavə əlaqə məlumatlarını qeyd etmələri tələb edilib.

Açıqlamada ölkədə 9 milyondan çox ev pişiyi olduğu və bu qərarın məcburi olaraq qəbul edildiyi vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova