Maraqlı Özəl

Nadir görülən nəhəng balıq sahildə tapılıb

Nadir görülən nəhəng balıq sahildə tapılıb

ABŞ-nin Oreqon ştatının sahillərində nadir, nəhəng günəş balığı aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN İnternational” məlumat yayıb.

Bildirilib ki, Cənub yarımkürəsində mülayim sularda yaşadığı düşünülən Mola tecta adlı günəş balığı ABŞ sahillərində görülüb.

Dənizkənarı Akvarium Oreqon ştatının Gearhart çimərliyində 8 fut uzunluğunda günəş balığı aşkarlandığını elan edib.

Camaat bu nəhəng heyvanı görmək üçün sahilə axışıb.

Mütəxəssislər balığın növünün ən böyük nümunəsi ola biləcəyini açıqlayıblar.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova