Sosial

Arif Əliyev "Sənət əbədidir, ömür amanat" kitabını təqdim etdi – FOTOLAR

Arif Əliyev Sənət əbədidir, ömür amanat kitabını təqdim etdi – FOTOLAR

Tanınmış jurnalist və publisist Arif Əliyevin "Sənət əbədidir, ömür amanat" kitabının təqdimat mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, mərasim VI Beynəlxalq Kitab yarmarkası çərçivəsində düzənlənib.

Üçpərdəli sənədli povestdən ibarət əsər, tanınmış kino xadimiƏdil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə "Sənətkar və zaman" mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında yazılıb.

Müəllif A.Əliyev öz çıxışında mərhum rejissor Rövşən Almuradlı ilə xatirələrindən və bu kitabın işıq üzü görməsinə gətirən yollardan bəhs edib. O, rejissorun Azərbaycan mədəniyyətindəböyük itki olduğunu söyləyərək,mərhum rejissor barəsində ən xoş düşüncələrini çatdırıb.

Mərasimə qatılan ziyalılar və R.Almuradlının sənət dostları onun insan kimi böyüklüyündən, sənətinin zirvəsindən və ölkə mədəniyyətinə verdiyi töhfələrdəndanışıblar. Unudulmaz rejissor haqqında xalq şairi Ramiz Rövşən, tanınmış jurnalistlər Elçin Şıxlı vəQulu Məhərrəmli, həmçinin vəkil Aslanİsmayılov çıxışlar edərək, Rövşən Almuradlı yaradıcılığından və onun cəmiyyətə təsirindən bəhs ediblər.

Tədbir müəllif tərəfindənkitabın imzalanması mərasimi ilə başa çatıb.

Zaur Zahidoğlu

Demokrat.az

D
demokrat.az