Gündəm

Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları Azərbaycandan keçməklə Parisə yola düşüblər — FOTOLAR

Ənənəvi Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları bu dəfə Azərbaycandan keçməklə Parisə yola düşüb.

"Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstanın Kurik limanından Bakı limanına çatıblar.

Ümumilikdə gəmiyə 92 ədəd unikal avtomobil yüklənib. Bu avtomobillərin orta yaşı 88-dir, ən köhnə avtomobilin isə 110 yaşı var. İştirakçılar Bakıya bu gün çatıblar buradan onlar Gürcüstana yola düşəcəklər. Bundan sonrakı marşrut xətti isə, Türkiyə, Yunanıstan, İtaliya və Fransa olacaq.

Qeyd edək ki, ilk dəfə 1907-ci ildə təşkil olunmuş ralli 14000 km məsafəni əhatə edir.

Bütün iştirakçılara uğurlar arzulayırıq.

Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları Azərbaycandan keçməklə Parisə yola düşüblər — FOTOLAR
Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları Azərbaycandan keçməklə Parisə yola düşüblər — FOTOLAR
Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları Azərbaycandan keçməklə Parisə yola düşüblər — FOTOLAR
Pekin-Paris beynəlxalq avtomobil rallisi iştirakçıları Azərbaycandan keçməklə Parisə yola düşüblər — FOTOLAR

NE
Nihadə Eyyubova