"Ədliyyə nazirinin apardığı kadr islahatlarını yüksək qiymətləndiririk"
Demokrat.az xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevin etimadı ilə, hüquq ictimaiyyəti arasında nüfuzlu alimlərimizdən və peşəkar idarəçi olan Fərid Əhmədovun Ədliyyə naziri təyin edildiyi gündən bu günədək olan prosesləri biz də izləyirik.
"Öncə qeyd edim ki, Ədliyyə naziri Fərid Əhmədov yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik hüquqşünasdır. Fərid Əhmədov istər beynəlxalq hüquq ictimaiyyəti arasında, istərsə də yerli hüquq ictimaiyyəti arasında peşəkar hüquqşünas və peşəkar menecer kimi tanınan bir şəxsdir. Fərid müəllim bu günədək harada əmək fəaliyyəti ilə məşğul olubsa, onun inkişaf və icra üzrə tələbləri və standartları hər zaman yüksək nəticələrlə ictimaiyyət üçün yüksək dəyərlər yaradıb və o müasir menecmentdə öz sözünü demiş xarakterə sahib adamdır. Sualınıza gəlincə isə, əlbəttə ki, biz də hüquq ekosisteminin bir parçası olaraq aparılan işlərə biganə qala bilmərik. Qeyd edim ki, aparılan kadr islahatları da daxil olmaqla, bu sahədə görülən bütün işləri müsbət xarakterizə edirik. Bu gün Kütləvi İnformasiya Vasitələrində yeni kadr təyinatları barədə oxuduq. Yeni təyin edilən bütün kadrları da peşəkar hüquq və ictimai münasibətlərdən çox yaxşı tanıyırıq. Hər biri kifayət qədər peşəkar hüquqşünas, müasir menecment bilikləri, insanlarla etik davranış qaydaları çərçivəsində yüksək davranış nümunəsi göstərən şəxslərdir. Həmin kadrların hər biri barədə ayrı-ayrılıqda yüksək fikirlər söyləyə bilərəm. Əslində cənab nazir Fərid Əhmədovun qeyd edilən kadrlara etimadı onlar üçün növbəti bir məsuliyyətdir. Biz əminik ki, təyin edilən bütün kadrlar bu məsuliyyətin öhdəsindən uğurla gələcəkdir. Bir məsələni xüsusi qeyd edim ki, təyin edilən kadrlar bundan öncəki əmək fəaliyyətlərində də məsələlərə subyektiv maraqlar çərçivəsindən deyil, ictimai və dövlət maraqları çərçivəsində yanaşan insanlar olub. Təyin edilən hər bir kadrı təbrik edirik, onlara uğurlar arzu edirik və əminliklə qeyd edirik ki, onlar Ədliyyə naziri Fərid Əhmədovun onlara göstərdiyi etimadı doğruldacaqlar. Ümumiyyətlə isə qeyd edim ki, hüquq ictimaiyyətinin bir nümayəndəsi olaraq son günlər Ədliyyə Nazirliyi üzrə eşitdiyimiz kadr islahatları hər birimizdə xoş əhval və poztiv münasibət yaradıb." - deyə Nadir Adilov sözlərini tamamlayıb.


