Cop29 Özəl

"COP29-da maliyyə resurslarının ədalətli bölünməsi təmin edilməlidir"

COP29-da maliyyə resurslarının ədalətli bölünməsi təmin edilməlidir

İqlim dəyişikliyi problemi iqtisadi və siyasi aspektləri əhatə edərək ekologiya çərçivəsindən kənara çıxır. Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) iştirakçılarına videomüraciəti zamanı deyib. Nazir xatırladıb ki, iqlim maliyyələşdirməsi məsələləri tərəflərin Bakıda keçiriləcək COP29 konfransında əsas mövzu olacaq. “İqlim maliyyələşdirilməsi tərəflərin qarşıdan gələn Bakı Konfransında əsas mövzu olacaq. COP29-da yeni kollektiv iqlim maliyyələşdirməsi kəmiyyət hədəfi ilə bağlı razılığa gəlməliyik. Yeni kollektiv iqlim maliyyəşdirilməsi kəmiyyət hədəfinin müəyyən edilməsi üzrə iş bir-biri ilə əlaqəli bir çox elementi nəzərə almalı olacaq. İqlim maliyyəsi uzun illərdir iqlim diplomatiyasında ən çətin mövzulardan biri olub. Aydındır ki, bütün tərəflərin əsaslı fikirləri var. Biz bütün tərəfləri dinləyirik ki, onların prioritetlərini başa düşək və ədalətli yeni məqsədə nail olmaq üçün mövqelərin yaxınlaşdırılmasına kömək edək”, - o söyləyib. COP29 prezidenti həmçinin vurğulayıb ki, əsas problem davamlı iqtisadi inkişafı təmin etməklə yanaşı, aşağı karbonlu iqtisadiyyata səmərəli və ədalətli keçidin yollarını tapmaqdır.

İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, iqlim dəyişikliyi çox mürəkkəb məsələdir:

COP29-da maliyyə resurslarının ədalətli bölünməsi təmin edilməlidir

- Son 10 ildə dünya ölkələrinin əsas müzakirə mövzusuna çevrilib. Və bundan sonra da uzun müddət gündəmdə qalacağını düşünürəm. Çünki proses kifayət qədər xərcli prosesdir. Eyni zamanda iqlim dəyişikliyi bir sıra hallarda zəif inkişaf etmiş üçüncü dünya ölkələrinin mövcud iqtisadi-sosial fəaliyyətləri nəticəsində daha ciddi təsirlərlə üzləşir. Hansı ki bu ölkələrin müvafiq istiqamətlərdə təkimilləşdirmələr aparması imkanları yoxdur. Bəzən bilərəkdən müxtəlif iqtisadi fəaliyyət sahələrinin, xüsuslə daha zərərəli fəaliyyət sahələrinin başqa iqtisadiyyatlara transformasiyası müşahidə olunub. Məsələn, mədən sənayesi kimi daha zərərli, atmosferə daha çox zərər verən tullantıların atılmasına səbəb olan sahələrin zəif inkişaf etmiş və inkişaf etməmiş ölkələrə transformasiyası son 50 ilin ən mühüm brendlərindən biri idi. Aydın olan başqa bir məsələ budur ki, dünya birdir. Kimin dünyanı kirlətməsindən, atmosferi zəhərləməsindən, iqlim dəyişikliyinə əsas yaradacaq fəaliyyətlərindən asılı olmayaraq hər kəs prosesdən yararlanır. Burada aydın hədəflər olmalıdır. İkincisi, proses razılaşdırılmalıdır. Bütün ölkələr məsuliyyətini aydın şəkildə qəbul etməlidir. Bir sıra hallarda təcrübə göstərir ki, Roma Sövdələşməsindən sonrakı dövrdə ölkələrin üzərlərinə götürdükləri öhdəliklərin icrası ilə bağlı problemlər olub. Bu istiqamətdə nəzarət mexanizmi təkmilləşdirilməlidir. Eyni zamanda inkişaf etmiş ölkələrin resurslarının səfərbər edilməsi yoluyla inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının, iqtisadi kapitalın dayanıqlığının müəyyən inkişaf səviyyəsinə çatdırılması və dayanıqlı texnologiyaların tətbiqindən tutmuş, maariflənmə, ətraf mühitin qorunması tədbirlərinin maliyyələşməsinə yönəlməlidir. Təbii ki hökumətlər, xüsusilə də müxtəlif fəaliyyət sahələri var ki onlar iqlimə, atmosferə, torpaq, su ehtiyatlarına daha çox zərər vurur, bu fəaliyyət sahələri üzrə də daha dəqiqiəşmiş öhdəliklər tətbiq etməlidir. Bu yolla əldə edilən yığımlar öhdəliklərin yerinə yetirilməsinə və birbaşa məsələlərin həllinə yönəlməlidir. Ən böyük problem hədəflilik problemidir. İndiyədək bu sahədə əldə edilən vergilər, rüsumların digər məsələlərin həllində istifadə edilməsi ilə bağlı çoxlu nümunələr var. Hesab edirəm ki, COP 29-da bu aspektlər də əsas müzakirə mövsuzu olmaldıır. Böyük maliyyə institutlarının, xüsisuilə BMT çətiri altında olan institutların maliyyə resurslarının ədalətli bölünməsi təmin edilməlidir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova