Dünya Özəl

Böyük Britaniyada yeni epidemiya yayılıb

Böyük Britaniyada yeni epidemiya yayılıb

Böyük Britaniyada E.Coli adlanan yeni epidemiya yayılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

UKHSA-dan verilən yazılı açıqlamada ölkə daxilində E. coli bakteriyasının yaratdığı xəstəliklərdə artım olduğu bildirilib.

Açıqlamada, bakteriyanın qanlı ishal və sidik yolu infeksiyası kimi ishal növlərinə səbəb olduğu vurğulanıb.

Xəstəliklərin "e.coli" olaraq da adlandırılan bakteriyaları daşıyan qidalarla təmas nəticəsində meydana gəldiyi bildirilib.

Qeyd edək ki, ilin sonuna qədər yoluxmaların 1500-ə çatacağı təxmin edilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova