İnsult bütün dünyanın ümumi sağlamlıq problemidir və həddindən artıq isti havalarda daha da artır.
Demokrat.az xəbər verir ki, bu barədə Almaniyada Münhen Helmholtz Araşdırma Mərkəzi araşdırma aparıb.
Araşdırmada, Almaniyanın Auqsburq şəhərində 15 il ərzində qeydə alınan insult hallarının hesabatı aparılıb.
İnsult hallarının sayı ilə hava temperaturu uyğunlaşdırılaraq, həddindən artıq isti günlərdə insult riskində əhəmiyyətli artım aşkarlandığı bildirilib.
Bu səbəbdən xüsusilə risk qrupunda olan şəxslərə hər zamankindən daha diqqətli olması ilə bağlı xəbərdarlıq edilib.
Aysu Demokrat.az


