İstanbulda meşə ərazilərinə giriş məhdudlaşdırılıb. Buna səbəb yayın gəlişi ilə bərabər yanğın təhlükəsinin də artmasıdır.
Demokrat.az NTV TÜRKİYE-yə istinadən xəbər verir ki, iyun ayının 10-dan oktyabrın 15-dək şəhərin bəzi bölgələri istisna olmaqla mərkəzdən kənarda yerləşən meşə ərazilərinə daxil olmaq mümkün olmayacaq. İstanbul Valiliyindən verilən açıqlamada bildirilib ki, piknik və istirahət guşələrində, təbiət parklarında, bağçalarda, parklarda və eko turizm sahələrində piknik, idman, gəzinti və digər fəaliyyətlərlə məşğul olmaq pulsuzdur.
Açıqlamada o da qeyd olunub ki, yay fəslinin gəlişi ilə meşə sahələrində nəqliyyat vasitələri və insanların hərəkəti artıb. Bu artımla paralel olaraq hər il yay aylarında baş verən və İstanbul meşələrinə ciddi ziyan vuran meşə yanğınlarının qarşısının alınması üçün silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Törə Zeynallı Demokrat.az


