Dünya Özəl

Livan İsrailə dronlarla hücum etdi

Livan İsrailə dronlarla hücum etdi

İsrail ordusu Livandan göndərilən iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib.

Bildirilib ki, ordunun hava hücumundan müdafiə sistemləri Livandan atılan iki PUA-nı vurub.

Hadisə zamanı insan itkisi və ya yaralanma olmadığı qeyd edilib.

Digər tərəfdən Livandakı Hizbullah hərəkatı da məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Livanın Mervahin qəsəbəsi ilə üzbəüz Birke Rişa bölgəsindən İsrail qüvvələri hədəfə alınıb.

Aysu Demokrat.az

D
demokrat.az