"Hazırda dünyada bir neçə məsələ var ki, qlobal müzakirə mövzusuna çevrilib və insanları dərindən düşündürür - təhlükəsizlik, enerji və demokratiya. İlk iki məsələ müəyyən mərhələdə kəsişir. Çünki bir yandan insanlar çalışırlar ki, bügünkü tələbatı ödəsinlər və gələcək nəsil üçün çağırışlar irəli sürsünlər. Dünya iqtiadiyyatı daim artır, istehsal qüvvələri genişlənir və enerji generasiyasına çox böyük tələb yaranır. Görürk ki, təbii və ənənəvi mənbələrin istismarı nəticəsində dünyada ətraf mühitə böyük zərər dəyir, iqlim dəyişikliyi nəticəsində istiləşmə baş verir. Bunların qarşısını almaq üçün dünya ölkələri bir araya gəlməlidir. Bakı Enerji Həftəsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Azərbaycan dünyada öz təsdiqini tapmış nüfuzlu enerji mərkəzlərindən birinə çevrilib:
“Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının həmmüəllifləridirlər. Azərbaycan anlayır ki, dünənki çağırışlarla bu günə, sabaha qədəm qoymaq olmaz, yeni baxışlara yer verilməlidir. Bu baxımdan ölkəmiz texniki bazasını genişləndirir. Ölkəmizdə keçirilən bu kimi tədbirlər dünyanın aparıcı qüvvələrini bir arada toplayır. Müzakirələr əsnasında yeni yanaşmalar, ideyalar üzə çıxır. Fikir mübadiləsi, inevstisiya cəlbi və birgə layihələrə çox ehtiyac var”.
T.Abbasov onu da qeyd edib ki, Azərbaycana lazım olan bərpa olunan enerji mənbələrinin istifadəsinə keçid etməkdir:
“Artıq ölkədəki külək, günəş, su resurslarından istifadə olunur. Qarabağ və Şərqi Zəngəzurda bu proses artıq başlayıb. Yaxın zamanlarda Naxçıvanda da bu tətbiq olunacaq. 2030-cu ilə karbon emissiyalarının qarşısı alınacaq, 2027-ci ildə isə bu minimuma endiriləcək. Ölkənin enerji strategiyasında yeni bərpa olunan enerji stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulub”.
Ekspert əlavə edib ki, ölkə başçısı tədbirin açılışında bir çox vacib strateji məqamlara münasibət bildirdi:
“Prezident qeyd etdi ki, biz təbii qaz istehsalında “Şahdəniz” yatağı vasitəsilə defisiti aradan qaldıra bilmişik, 8 ölkə bizdən təbii qaz alır.
Digər tərəfdən İlham Əliyev qeyd etdi ki, dənizaşırı ölkələrə də yardımlar ediləcək, onlar üçün xüsusi fond yaradılacaq. Azərbaycan enerji sahəsindəki tərəfdaşları ilə yeni layihələrə imza atır.
İlin sonunda COP29-la bağlı mühüm işlər həyata keçiriləcək. Əvvəlki COP-larda ənənəvi neft resurslarının istismarı təbliğ olunurdu. Bu fikir də bəzi dairələrdə narazılıqla qarşılandı. Azərbaycan çalışacaq ki, COP29-da aktual gündəlik formalaşdırsın”.
Törə Zeynallı Demokrat.az


