Yetkinlik dövründə edilən bəzi pəhrizlər inkişafa mənfi təsir göstərir.
Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə mütəxəssis Nevra Koç xəbərdarlıq edib.
O bildirib ki, yetkinlik dövründə edilən pəhrizin sağlamlığa və bədənə daimi ziyan vurma riski var:
“İnkişaf yaşında olanlar pəhriz proqramlarını mütəxəssis nəzarəti altında etmələrdir.
Çünki çox aşağı kalorili pəhriz baş gicəllənməsi, osteoporoza, bir çox tiroid və hormon pozğunluğuna səbəb olur”.
Bəs, inkişaf dövründə pəhriz necə edilməlidir?
N.Koç qeyd edib ki, pəhriz yetərincə qidalanaraq da edilə bilər:
"Sadə karbohidratlardan istifadə edərək, yemək səviyyəsini pozmadan pəhriz saxlamaq olar.
Məqsədə çatmaq üçün həkim nəzarəti altında yeniyetməlik dövründə sağlam arıqlama modeli seçilməli və buna uyğun inkişaf yolu gedilməlidir".
Aysu Demokrat.az


