Avstraliya əsgər sayını artırmaq üçün xarici vətəndaşların da orduya cəlb ediləcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Donald Marles açıqlama verib.
O bildirib ki, Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün yeni addımlar atılır:
“Yeni qərara əsasən xarici ölkə vətəndaşlarının da orduya qatılmasına icazə veriləcək. Bununla hərbi personal sayının 63 min 600-ə çatdırılması hədəflənir. 2040-cı ilə qədər isə bu rəqəmi 80 minə çatdırmağı planlaşdırıq”.
Marles qeyd edib ki, orduya qəbul yalnız ABŞ, İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiyanın “Beş Göz” kimi tanınan kəşfiyyat alyansı və Avstraliyada yaşayış icazəsi olan şəxslərlə məhdudlaşır.
ABŞ, Böyük Britaniya və Kanadalılar da 2025-ci ilin yanvarından orduya qoşula biləcəklər.
Aysu Demokrat.az


