Gündəm Özəl

"Bakı Enerji Həftəsi ölkəyə xarici investisiyanın cəlbi baxımından mühüm tədbirdir"

Bakı Enerji Həftəsi ölkəyə xarici investisiyanın cəlbi baxımından mühüm tədbirdir

“Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi dünyanın inkişaf etmiş ölkələrinin enerji şirkətlərinin rəhbərlərini bir araya gətirir. Bu tədbir ölkəmizin enerji resurslarının perspektiv üçün gözdən keçirilməsinə imkanlar yaradır. Prezident İlham Əliyevin hər il bu tədbirin açılışına qatılması onun əhəmiyyətini bir daha sübut edir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib. O qeyd edib ki, beynəlxalq əhəmiyyətə malik bu tədbir ölkəmizin enerji potensialının düzgün dəyərləndirilməsi və gələcəkdə istifadə yollarının araşdırılması baxımından vacibdir:

Bakı Enerji Həftəsi ölkəyə xarici investisiyanın cəlbi baxımından mühüm tədbirdir

“Bugünkü gündə “yaşıl enerji” sahəsinə xüsusi diqqət ayrılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsi, bir sıra böyük şirkətlərlə investisiya müqavilələrinin imzalanması bu tədbir çərçivəsində bir daha nəzərdən keçiriləcək. Bakı Enerji Həftəsində qonaqlar ölkəmizin potensialına yaxından bələd olacaqlar. Azərbaycan “yaşıl enerji” sahəsinə investisiya qoyuluşunda maraqlıdır. Xarici sərmayə cəlb olunsa, Azərbaycan “yaşıl enerji” resurslarını da Avropa bazarlarına çıxara bilər. Bu tədbiri ölkəmizə xarici investisiyanın cəlbi baxımından mühüm hesab edirəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova