Hadisə

2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundu

2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olundu

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin edilib.

Demokrat.az xəbər verir ki, yeni rəis ədliyyə polkovnik-leytenantı Asif Quliyevdir.

Yeni rəis bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.

O, yeni işində ədliyyə polkovniki Ruslan Rəsulovu əvəz edib.

D
demokrat.az