Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: 2 pilot öldü

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: 2 pilot öldü

Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Demokrat.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, təyyarədə olan iki pilot şəhid olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.

D
demokrat.az