Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Zəlzələ zamanı Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.
Yerli hökumət qurumlarının məlumatına görə, zəlzələ nəticəsində ölən olmayıb.
Yeraltı təkanlar İşikava və ətraf ərazilərdə, o cümlədən Fukui və Niiqatada hiss olunub.
Aysu Demokrat.az


