Xalq yazıçısı Anar Fəxri Xiyabana gedərək dünyadan köçmüş həmkar dostlarının məzarlarını ziyarət edib.
Azpost.infobildirir ki, görüntülərdə Anar atası Rəsul Rzanın, anası Nigar Rəfibəylinin, Yusif Səmədoğlunun, Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun, Rüstəm İbrahimbəyovun və digərlərinin qəbirləri üzərində gül dəstələri düzüb.
Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb. İstifadəçilər bu kövrək mənzərəyə öz xoş sözləri ilə dəstək veriblər.
Anar daha sonra bu şerini paylaşıb.
“İtirdiyim dostlarla yuxuda görüşürəm. maska filan taxmadan görüşüb-öpüşürəm. Gündüz ölən dostlarım Gecə yuxuma girir. Mən burdan danışıram. Soruram: orda nə var? Cavab vermir heç biri, Məlul-məlul baxırlar. Oranın ünsiyyəti bəlkə, susub baxmaqmış. Görəsən, o dünyada yuxular belə varmış? Ordakı dostlarım da Hərdən görürmü məni, ordakı yuxularda? Əslində, kim bilir kim, Kimdi yuxulu, ayıq? Bəlkə, onlardı oyaq Biz burda yuxudayıq”.Anar. 13 yanvar 2022


