Dünya Özəl

Hakan Fidan amerikalı həmkarı ilə görüşəcək

Hakan Fidan amerikalı həmkarı ilə görüşəcək

Müttəfiq ölkələrin xarici işlər nazirləri bu il iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə Praqada qeyri-rəsmi görüşlər keçirəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, iki gün davam edəcək toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Səfər çərçivəsində Nazir Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşəcək.

İkili sonuncu dəfə aprelin 29-da Səudiyyə Ərəbistanında görüşüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova