Dünya Özəl

Qəzzada ölənlərin sayı 36 min 224-ə yüksəldi

Qəzzada ölənlərin sayı 36 min 224-ə yüksəldi

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 36 min 224-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 hücum həyata keçirdiyi bildirilib.

Və bu hücumlarda daha 53 fələstinlinin həyatını itirdiyi, 357 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 36 min 224-ə, yaralıların sayının isə 81 min 777-yə yüksəldiyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova