“Xocalıya köç Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşında yerinə yetirdiyi ən böyük vəzifələrdən biri idi. Nəhayət ki, Xocalı sakinləri uzun illərdən sonra doğma yurdlarına qayıdırlar”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O, Xocalıya köçün möhtəşəm tarixi hadisə olduğunu vurğulayıb:
“Bir Prezident kimi İlham Əliyevin hansı duyğuları keçirdiyini anlamaq elə də çətin deyil. Çünki Xocalının qisasını almağın ən doğru yolu Xocalıya insanları qaytarmaq, Xocalını yenidən canlandırmaq idi. Bu bizim tarixi qələbəmizin uğurlu nəticəsidir. Xocalıda 32 il öncə olanlara insanlar bu cür qalib gəldilər. Beləliklə, erməniləri çökdürərək baş vermiş dəhşətli hadisələri unutmağa başlayacaqlar. Bunun başqa yolu yoxdur. Biz bu faciəni yaşamaqla həm də Qarabağı içimizdə yaşatdıq. Buna görə də mübarizəmiz sona qədər davam edəcək”.
Törə Zeynallı Demokrat.az


