Maraqlı

Azərbaycan bayrağı Manaslu zirvəsində qaldırıldı — FOTO

Azərbaycan bayrağı Manaslu zirvəsində qaldırıldı — FOTO

Azərbaycan təmsilçisi İsrafil Aşurlu beynəlxalq ekspedisiyanın (Çatur Tamanq və Tatyana Abrahamson) tərkibində sentyabrın 26-da səhər erkən Himalayın Manslu səkkizminliyinə (8156 m.) uğurla qalxıb.

Ekspedisiya təşkilatçıları Turan-a bildiriblər ki, zirvəyə qalxma sentyabrın 25-də gecəyarısı başlayıb. Dörd alpinist 7400 metr yüksəklikdəki 4 saylı düşərgədən çıxıb və 7 saat sonra zirvəyə çatıb.

Hazırda İ.Aşurlu və digərləri 3-cü düşərgəyə enirlər.

Manaslu İ.Aşurlunun fəth etdiyi dördüncü səkkizminlikdir. O bu zirvəyə qalxan ilk azərbaycanlıdır.

Əgər hava şəraiti imkan verərsə və alpinistlərin gücü yetərsə axşama doğru baza düşərgəsinə qayıdacaqlar.

D
demokrat.az