Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrlandiyanın Baş naziri Simon Harrislə telefonla danışıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı iki ölkə arasındakı əlaqələr, İsrailin Fələstinə hücumları, Qəzzaya yardım müzakirə edilib.
Ərdoğan İrlandiyanın Fələstini bir dövlət kimi tanımasını təqdir etdiyini və bu addımın iki dövlət arasında əlaqələri daha da gücləndirəcəyini bildirib.
Prezident həmçinin ədalətli və qalıcı həll üçün İsraili beynəlxalq hüquqa riayət etməyə məcbur etməyin vacibliyini vurğulayıb.
Aysu Demokrat.az


