Bu gün Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyini dəstəyi ilə almaniyalı sahibkarlarından ibarət nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı limanına səfər edib.
İki ölkə arasında biznes əlaqələrinin möhkəmlənməsinə töhfə vermək olan görüş zamanı qonaqlar limanı ərazisi ilə tanış olublar.
Bakı Limanının nümayəndəsi tərifindən qonağa limanda tətbiq olunmağa başlanan IT sistemi, avtomatlaşdırılmış əməliyyatlar, onlayn rejimdə yükə nəzarət imkanları və s üstünlüklər barədə məlumat verilib. Limanda yaradılan infrastrukturla tanış olan qonaqlara bildirilib ki, 400 hektar ərazini əhatə edən limanda 12 yanalma körpüsü var.




