Xaricdəki blogerlərin Azərbaycan məmurlarını şantaj iddiası...
Bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb.
“Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb. Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.


