Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.
Həmin dialoqu təqdim edirik:
Sakin:Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.
Prezident İlham Əliyev:Əsir düşmüşdün?
Sakin:Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.
Prezident İlham Əliyev:Xankəndidə əsir düşmüşdünüz?
Sakin:Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.
Prezident İlham Əliyev:Yox, gedib baxmaq olar.
Sakin:Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.
Prezident İlham Əliyev:Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.
Sakinlər:İnşallah.
Prezident İlham Əliyev:Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.


